Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilib.
Viral.az xəbər verir ki, bu gün Ermənistan parlamentində keçirilən səsvermədə qərarın lehinə 59 deputat səs verib, əleyhinə çıxan olmayıb.
Qeyd edək ki, ötən həftə Ermənistanın Baş prokuroru sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı parlamentə vəsatət təqdim edib.
Son Yazılar:
- Ohanyanın deputat toxunulmazlığı ləğv EDİLDİ
- Putinin bu gün işdən çıxardığı nazir intihar ETDİ
- Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Xatırladaq ki, “Hayastan” fraksiyasının rəhbərinə qarşı qaldırılmış cinayət işi 2010-2015-ci illərdə Geqarkunik vilayətinin Draxtik icmasında 10,5 min kvadratmetr ərazinin qanunsuz mənimsənilməsinə aiddir. Ohanyan bu ərazini müdafiə naziri kimi mənimsəməkdə və büdcə hesabına malikanə tikməkdə ittiham olunur.