AZ

Rusiyada şok

Bu gün vəzifəsindən uzaqlaşdırılan Rusiyanın nəqliyyat naziri intihar edib. “Reuters”in “İzvestiya” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Starovoyt Moskva vilayətinin Odintsovo şəhərindəki evində güllə yarasından ölü tapılıb.

İlkin məlumata görə, işdən çıxarılan nazir özünü güllələyib.

Putinin gözlənilmədən istefa qərarına heç bir izah verilməyib.

“Reuters” agentliyinin məlumatına görə, Starovoyt 5 il Kursk vilayətinin qubernatoru vəzifəsində çalışdıqdan sonra ötən ilin mayında nazir təyin edilib. Onun təyinatından 3 ay sonra Ukrayna qoşunları Kursk vilayətinə soxularaq Rusiyaya qarşı böyük əməliyyata başlayıb.

Starovoytun sələfi Vitali Savelyev baş nazirin səlahiyyətlərini icra edirdi.

Kremldən verilən açıqlamaya görə, Starovoytu daha əvvəl Novqorod vilayətinin qubernatoru vəzifəsində çalışmış Andrey Nikitin əvəzləyib. Nikitin bundan əvvəl nəqliyyat nazirinin müavini idi.

Bölgənin qubernatoru olmazdan əvvəl Starovoyt nəqliyyat sektorunda çalışıb. O, altı il Rusiyanın federal yol agentliyi olan Rosavtodorda işləyib.

Bu açıqlamadan sonra Putin Kreml sarayında Nikitinlə görüş keçirib.

Rusiya lideri yeni nazirə “Mən sizə karyeranızda daha bir addım atmağı və Rusiyanın nəqliyyat naziri kimi işləməyi təklif edirəm”, – deyib.

Putin Nikitinin nazirliyin qarşısında duran problemləri aradan qaldırmaq üçün əlindən gələni edəcəyinə ümid etdiyini bildirib.

Seçilən
22
17
vaxt.az

10Mənbələr