AZ

Əli Əsədov qərar imzaladı

Ajans.az xəbər verir ki, qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 7-ci hissəsinin 23-cü abzasında “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilib. Eyni zamanda “Kredit tarixçələrini təşkil edən neqativ məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 iyul tarixli 308 nömrəli Qərarında  aşağıdakı dəyişikliklər edilib: 2.1. adında və 2-ci hissəsində “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin; 2.2. həmin Qərarla təsdiq edilmiş “Kredit tarixçələrini təşkil edən neqativ məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası” üzrə: 2.2.1. adında “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin; 2.2.2. 1.1-ci bənddə “Elektron hökumət” portalında (bundan sonra – Portal)” sözləri “Elektron Hökumət İnformasiya Sistemində (bundan sonra – EHİS)” sözləri ilə əvəz edilsin;

2.2.3. Qaydanın mətni üzrə ismin müvafiq hallarında “Portal” sözü ismin müvafiq hallarında “EHİS” sözü ilə əvəz edilsin.

Seçilən
6
12
Ajans.az

10Mənbələr