Cari ilin yanvar-iyun ayları ərzində artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə isə dövlət büdcəsindən geri qaytarılan vəsaitin məbləği 36 milyon 250,5 min manat təşkil edib.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsindən ümumilikdə 152 milyon 395,2 min manat məbləğində vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb.