AZ

“Aral Group” tikinti şirkəti işçiləri necə istismar edir? – ŞİKAYƏT

“Aral Group” tikinti şirkətində mühasib köməkçisi kimi çalışmış Cavid Əliyev adlı vətəndaş hüquqlarından pozulmasına etiraz edib.

Bakues.az-a danışan şikayətçi bildirib ki, şirkət əməkdaşlarını iş saatından çox işlədərək istismarla məşğul olur:

“Mən 10 ay rəsmi olaraq “Aral Group” tikinti şirkətində mühasib köməkçisi vəzifəsində çalışmışam. Normalda iş saatı 09:00-da başlayaraq 18:00-da bitir. Lakin mənim işim 08:00-dan 18:00-a kimi idi. Bu, şirkətin qrafiki idi və hazırda da əməkdaşların hamısı qeyd etdiyim qrafik üzrə çalışırlar. Həftənin 5 günü 8 saat olmaqla, əməkhaqqı 450 manat qeyd olunmuşdu. Lakin aldığım əməkhaqqı 600 manat idi. Maaşın 450 manatını karta vururdular, qalan hissəsini isə nağd şəkildə verirdilər. Şirkət mənə məzuniyyətin düşmədiyini və əlavə iş saatlarına görə ödəniş edilməyəcəyini bildirir. Baxmayaraq ki, şirkətin bu davranışı qayda pozuntusudur. Hüquqları pozulmuş bir vətəndaş olaraq, məzuniyyət və əlavə i günlərimin hesablanmasını tələb edirəm”.

Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfi mövqeyini dərc etməyə hazırıq.

Seçilən
17
50
icma.az

10Mənbələr