AZ

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ABŞ-nin NyuYork şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıqİnkişaf Mərkəzini ziyarət edib, mərkəzin nəzdindəki məktəbinfəaliyyəti ilə yaxından tanış olublar.

Komitədən Trend-ə verilən məlumata görə, “My Way” Uşaq-GənclərYaradıcılıq İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova göstəriləndiqqətə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.

Məktəbdə sənət və rəsm proqramlarında təhsil alan müxtəlif etnikmənşəli amerikalı uşaqların fəaliyyəti barədə məlumat verib.Mərkəzin yetirmələrinin tədbirlərdə iştirakının onlarda özünəinamhissi yaratdığını, eləcə də digər xalqların mədəniyyətləriniöyrənərək inkişaf etdiklərini vurğulayıb.

Mərkəzin sənət rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü,rəssam-heykəltəraş Emin Quliyev “My Way” Uşaq-Gənclər Yaradıcılıqİnkişaf Mərkəzində şagirdlərin dərslərə marağından danışıb. Heçvaxt Azərbaycanda olmayanların belə vətənlərinin gözəlliklərini,tarixini və mədəni irsini öz əsərlərində həssaslıqla əksetdirdiklərini diqqətə çatdırıb. Onların Qarabağ, Şuşa, Xarıbülbül,Qız qalası kimi mövzularda çəkdikləri rəsmlərin müxtəlif beynəlxalqmüsabiqələrdə mükafata layiq görüldüyünü deyib.

Daha sonra mart ayında Bakıda keçirilən Novruz sərgisindəəsərləri nümayiş etdirilən “My Way” Uşaq-Gənclər Yaradıcılıqİnkişaf Mərkəzinin şagirdləri diplom və hədiyyələrlə təltif edilib.Komitə əməkdaşları onlarla səmimi söhbət aparıblar.

Qeyd edək ki, “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəziartıq 14 ildir Azərbaycanın zəngin mədəni irsinin yerli vəbeynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində fəaliyyətgöstərir. Mərkəzin təşəbbüsü ilə Azərbaycanın tanınmış futbolçusuAnatoli Banişevski adına futbol turniri, uşaqlar üçün Novruzşənlikləri, “Azərbaycana məhəbbətlə” adlı rəsm sərgisi, habeləABŞ-dəki müxtəlif icmalar üçün Azərbaycan rəqsləri üzrə davamlıdərslər və seminarlar təşkil olunub. Mərkəzin təşkilatçılığı iləkeçirilən “İpək Yolu” Beynəlxalq Festivalını Nyu York şəhərmeriyası böyük rəğbətlə qarşılayıb.

Komitə
Komitə
Komitə
Komitə
Komitə
Komitə
Komitə
Komitə
Seçilən
5
4
az.trend.az

10Mənbələr