Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı keçən “Araz-Naxçıvan”ın yoldaşlıq oyunlarındakı rəqibləri və qarşılaşmaların tarixləri müəyyənləşib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi hər 3 matçını Türkiyə komandalarına qarşı keçirəcək.
Türkiyədəki təlim-məşq toplanışı UEFA Konfrans Liqasına hazırlıq xarakteri daşıyır.
9 iyul
"Bayburtspor" – "Araz-Naxçıvan"
11 iyul
"Alanyaspor" – "Araz-Naxçıvan"
17 iyul
"Trabzonspor" – "Araz-Naxçıvan"