Nigeriyanın şimalındakı Kano əyalətində yük maşını ilə avtobusun toqquşması nəticəsində azı 21 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bakues.az “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə Federal Yol Təhlükəsizliyi Korpusunun Kano əyalət sektorunun komandiri Mohammed Bature açıqlama verib.
O, qəzanın Kasuvar Doqo bölgəsindəki Zaria-Kano magistralında avtobus sürücüsünün marşrutdan çıxması səbəbindən baş verdiyini bildirib.
Qəza nəticəsində hər iki avtomobil yanıb, zərərçəkənlər dövlət xəstəxanasına yerləşdirilib.