Almaniyanın nəhəng maliyyə qurumlarından olan Commerzbank, avro/TL və dollar/TL üçün 2025-ci ilin sonuna dair proqnozlarını yeniləyib.
News24.az bildirir ki, bankın təhlilçiləri avro üçün 51 TL, dollar üçün isə 44 TL səviyyəsini gözlədiklərini bildiriblər.
Commerzbank-ın açıqlamasından öncə bazarlarda gərginlik artmışdı. Həftənin ilk iş gününə avro/TL 46,95, dollar isə 40 lirə səviyyəsindən başlayıb.
Maliyyə analitikləri bildirirlər ki, lirənin dəyər itirməsi, həm daxili inflyasiya təzyiqləri, həm də qlobal maliyyə bazarlarında yaşanan qeyri-müəyyənliklərlə əlaqədardır. Xüsusilə ixracatçılar və xarici borcu olan şirkətlər bu proqnozları yaxından izləyir.
Commerzbank-ın verdiyi bu yeni proqnozlar, Türkiyənin valyuta bazarındakı təzyiqlərin davam edə biləcəyini göstərir. İqtisadçılar isə hökuməti makroiqtisadi sabitliyi qorumaq üçün əlavə tədbirlər görməyə çağırır.