Prezident Rəcəb Tayyib Ərdoğan kürd yönümlü DEM Partiyasının üzvləri - Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini və deputat Pərvin Buldan ilə Şanlıurfadan seçilmiş deputat Mithat Sancarı Prezident sarayında qəbul edib.
Modern.az xəbər verir ki, görüş Türkiyə saatı ilə 15:00-da başlayıb.
Görüşdə AK Partiyasının sədr müavini Efkan Ala və Milli İstihbarat Təşkilatının sədri İbrahim Kalın da iştirak edirlər.