AZ

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam etdirilir.

Layihə çərçivəsində bu dəfə ekokönüllülər tərəfindən müxtəlif məntəqələrdən ümumilikdə 96 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib. Toplama prosesində könüllülər Bakı şəhəri 19 nömrəli tam orta məktəb, “Araz” supermarketlər şəbəkəsinin Qutqaşınlı-2, Neftçilər və 8-ci mikrorayon-2 filialları, “Bravo” supermarketlər şəbəkəsinin Gənclik Mall filialı, eləcə də AccessBank-ın baş ofisi və digər məkanlarda fəal şəkildə iştirak ediblər.

Bu təşəbbüs ətraf mühitin qorunmasına xidmət etməklə yanaşı, cəmiyyətə ekoloji məsuliyyət hissinin formalaşdırılması və dayanıqlı yaşam vərdişlərinin təşviqi baxımından mühüm sosial çağırış xarakteri daşıyır.

Seçilən
143
2
publika.az

10Mənbələr