AZ

İşsizlikdən sığorta vəsaitlərinin uçotununaparılması qaydasında dəyişiklik edildi

BAKI, 7 iyul. TELEQRAF

İşsizlikdən sığorta vəsaitlərinin uçotununaparılması və hesabatın təqdim olunması qaydasında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.11-ci maddəsinə uyğun olaraq sığortaedənlər bu barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortaedən Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə ləğv edildikdə, yaxud sığortaedənin fəaliyyətinə xitam verildikdə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün həmin Qanunla müəyyən edilmiş müddətdən gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş formada həmin Xidmətə hesabat verməlidirlər.

Seçilən
6
50
teleqraf.com

10Mənbələr