AZ

"Chess Tour Azerbaijan" layihəsində Lənkəran dayanacağı

BAKI. 7 iyul. TELEQRAF

Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan" layihəsi “Lankaran Open” festivalı ilə davam edir.

Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, bu gün Lənkəranda yarışın açılış mərasimi keçirilib.

Turnirdə 4 ölkə təmsil olunur. A qrupunda 38, B qrupunda isə 140 şahmatçı çıxış edir.

Qeyd edək ki, "Lankaran Open" İsveçrə sistemi üzrə 9 turda keçiriləcək və iyulun 13-də başa çatacaq. Festival çərçivəsində rapid və blits turniri də təşkil olunacaq.

Seçilən
1
10
teleqraf.com

10Mənbələr