AZ

Saakaşvili kurortda olmamalı, daha çox “yoldaşları” ilə Qldani həbsxanasında cəza çəkməlidir

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Gürcüstanda siyasi vəziyyət elədir ki, biz qıl körpüsündən keçməli olacağıq. Pis niyyətlilər burada sabitliyi pozmaq, xaos yaratmaq istəyirdi. Necə ki, Suriyada, Qəzza zolağında, İsrail-İran münaqişəsi zamanı baş verir və bu gün Ukraynada günahsız insanlar, uşaqlar, qocalar öldürülür. İvanişvili və onun sadiq komandası bizi bütün bunlardan xilas etdi. Açıq şəkildə görünür ki, ölkədə infrastruktur, səhiyyə, təhsil, kənd təsərrüfatı sahəsində çoxlu yaxşı işlər görülür. Yadımıza salaq ki, 2012-ci ilə qədər hansı şəraitdə idik, az qala ana dilimizi itirməyə məcbur etdilər, ali təhsil müəssisələrində gürcü dilinin və gürcü tarixinin tədrisini məhdudlaşdırdılar”.

Bu barədə Bizimyol.info xəbər portalına Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri, politoloq Əli Babayev danışıb. Politoloq qeyd edib ki, Saakaşvili rejimindən əziyyət çəkənlərin ağlasığmaz hekayələr danışdığı Parlament İstintaq Komissiyasının iclaslarını hamı görür.

Əli Babayev

“Qondarma müxalifətçilər sərt suallardan yayınaraq gürcü xalqı tərəfindən mühakimə olunmağı, həbsxanaya düşməyi və siyasi məhbus sayılmağı seçdilər. İllərlə gürcü cəmiyyətini terror edən, bizneslərini əlindən alan, məhbusları zorlayan və başqa dəhşətli işlər görənlər bunlardır. İndi bunu etiraf etməyə, açıq deməyə utanırlar və səkkiz ay həbsdə yatmağı üstün tuturlar”-deyə Əli Babayev bildirib.

Əli Babayevin fikrincə, nasistləri mühakimə etmək lazımdır, hətta bunun üçün də gecdir: “Bu komissiya 2014-15-ci illərdə yaradılmalı idi və xalq onları çox tez mühakimə edərdi. Onların yeri həbsxanadır. Bu şəxslərin üzünü bizə göstərən qəhrəman qadına - Tea Tsulukianiyə böyük hörmətim var. Həmçinin Ombudsman olduğu müddətdə nasist rejiminə qarşı açıq mübarizə aparan Sozar Subariyə. Subari bütün haqsızlıqlara qarşı səsini ucaltdı. Komissiyanın üzvləri 2003-12-ci illərdə baş verənləri çox yaxşı bilən insanlardır. Məncə, rejimin mühakimə olunmasının və o zaman Adeişvili başda olmaqla, ölkədən qaçan bütün məmurların örnək kimi tutub gətirilməsinin, cəzalandırılmasının vaxtı çatıb ki, birdəfəlik heç kimin burada qeyri-sabitlik yaratmaq həvəsi olmasın. Qondarma müxalifət hələ də sakitləşmir. Liderlərin həbsdə olmasına baxmayaraq, hələ də inqilab çağırışları səslənir”.

Əli Babayev qeyd edib ki, hazırda müxalifət gələcək nəslin taleyi, ölkənin inkişafı ilə tamamilə maraqlanmır, 2003-2012-ci illərdəki dəbdəbəsinə qayıtmaq istəyir.

“Saakaşvili kurortda olmamalı, daha çox “yoldaşları” ilə Qldani həbsxanasında cəza çəkməlidir. O, “Viva-Medi”də tribuna qurub, oradan bizimlə Qafqazın birləşməsindən danışır. Parlamentdə oturan, on iki ildir çıxış etməyən deputatlara müraciət etmək istəyirəm: deputat vətənə sadiq, onu düşünən olmalıdır. Otuza yaxın deputat parlamentdə fəallığı ilə seçilir, qalanları nə işlə məşğuldur?! Deputatlar bu kimi problemlərin həllində fəal iştirak etməlidirlər. Deputat olmaq təkcə qalstuk taxmaq, parlamentdə olmaq, “Cip”lərdə gəzmək deyil. Mən heç kimi incitmək istəmirəm, onların çoxu mənim yaxınlarımdır, amma vaxt azdır – bu seçkilərlə biz bütün dünyaya, bürokratlara, daxili düşmənlərimizə sübut etməliyik ki, seçkilərdə ədalətli qələbə qazandıq. Təəssüf ki, 2012-ci ildən bəri bir çox guya sadiq adamlar cənab Bidzinaya xəyanət ediblər. Adlarını çəkməkdən çəkinməyəcəyəm: Usupaşvili, Dzidziquri, Beseliya nəinki İvanişviliyə, həm də ölkəyə xəyanət edib, nasist ideologiyasının davamçılarına çevriliblər. Bu insanları yan-yana qoymaq səhv idi, təkrarlanmamalıdır”-deyə Əli Babayev bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
50
bizimyol.info

10Mənbələr