Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Prezident Rəcəb Tayyib Ərdoğan DEM Partiyasının nümayəndə heyətində olan TBMM sədrinin müavini və Van millət vəkili Pervin Buldan və Şanlıurfa millət vəkili Mithat Sancarı qəbul edib.
Bizimyol.info xəbər verir ki, Prezidentin Əlaqələr İdarəsindən verilən məlumata görə, Prezident Kompleksində qəbul saat 15:00-da başlayıb.
Qəbulda AK Partiya sədr müavini Efkan Ala və MİT sədri İbrahim Kalın da iştirak edib.
TBMM sədrinin müavini Pervin Buldan görüşdən əvvəl açıqlama verərək: “Proses yeni mərhələyə qədəm qoyur. Yeni mərhələdə məsləhətləşmələrə ehtiyac var. Bu gün biz cənab Prezidentlə bunların hamısını müzakirə edəcəyik. Faydalı görüşə ümid edirik. Prezidentlə görüş çox önəmlidir. Biz lazımi addımları müzakirə edəcəyik”, - deyə bildirib.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.