AZ

Kredit borcu olanların nəzərinə

Azərbaycanda kredit götürən vətəndaşlar borclarını vaxtında ödəməyəndə banklar qanuni yollara əl atırlar. Ən çox rast gəlinən hallardan biri vətəndaşın əməkhaqqısından borcun məcburi tutulmasıdır. Bəs kreditin vətəndaşın maaşından tutulma prosesi necə tənzimlənir? İqtisadçı-ekspert Asif İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, kredit verən və kredit götürən arasında Azərbaycan qanunvericiliyindən kənara çıxmamaq şərti ilə müqavilələr bağlanılır. Müqavilədə bütün əsas məqamlar öz əksini tapır: “Müqaviləyə əsasən bəzi hallarda zaminlik də tələb olunur. Hazırda ən çox təklif olunan və məşhur kredit məhsullarından biri isə budur ki, vətəndaş hansı bankda əməkhaqqı və ya pensiya alırsa, həmin bankdan ona kredit təklif olunur. Müqavilədə də qeyd olunur ki, vətəndaş kredit öhdəliyini yerinə yetirmədiyi halda nə qədər məbləğ tutulacağı nəzərdə tutulur”. Ekspertin sözlərinə görə, kredit verilməzdən öncə risklərin qiymətləndirilməsi, yəni kredit götürənin ödəmə qabiliyyəti ilə bağlı bütün araşdırmalar həyata keçirilir: “Yeni qanunvericiliyə əsasən, hətta vətəndaşın sosial şəbəkə hesabları belə nəzərə alına bilər. Çünki bəzən insanlar rəsmi gəlirlərini göstərməkdə çətinlik çəkirlər. Konkret olaraq orada vətəndaşın əmək haqqına köçürülən vəsaitin borclu olduğu qədəri tutulur. Ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı vətəndaşın gəliri, aldığı kredit məbləği, həmçinin yaşam üçün tələb olunan minimum xərclər nəzərə alınır. Bundan sonra isə kredit məbləği hesablanır. Bir çox hallarda borcun ödənişi birbaşa əməkhaqqından tutulur. Bu məsələlər tərəflər arasında razılıq əsasında həyata keçirilir və kredit götürən də, kredit verən də imza ataraq bu şərtlərlə razılaşdıqlarını təsdiq edirlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
0
50
metbuat.az

10Mənbələr