"Intel"in keçmiş baş direktoru Pet Qelsinqer rəhbərlik etdiyi dövrdə şirkətin süni intellektin təsirini düzgün qiymətləndirmədiyini etiraf edib. O, bu barədə "Nikkei Asia" nəşrinə verdiyi müsahibədə danışıb.
Valyuta.az-ın məlumatına görə, Qelsinqer bildirib ki, o dövrdə "Intel"in strateji yanaşması səhv olub: şirkət süni intellekt modellərinin hazır formada işlənməsi (inference) texnologiyasına üstünlük verib və öyrədilmə mərhələsinə kifayət qədər diqqət ayırmayıb. Bu yanaşma isə rəqiblərindən geri qalmasına səbəb olub.
Onun sözlərinə görə, "Intel" özünü bu sahədə güclü mövqedə görsə də, reallıq tam fərqli olub – bazar liderliyi "Nvidia"nın əlinə keçib, xüsusilə də onun "CUDA" platforması sayəsində.
"Intel" süni intellekt yarışında geridə qaldı
"Intel" Al prosessorları sahəsində rəqabətə davam gətirə bilmədi. "Gaudi" seriyası müəyyən qədər məlumat mərkəzlərində istifadə edilsə də, geniş populyarlıq qazana bilmədi. "Falcon Shores" layihəsi isə ləğv edilib. Bu fonda "Nvidia" və "AMD" artıq öz mövqelərini möhkəmləndiriblər.
Hazırda "Intel" yeni yol axtarışındadır. Yeni baş direktor Lip-Bu Tan, görünür, əvvəlki IDM 2.0 strategiyasından uzaqlaşır. Bu strategiya çip istehsalını öz daxilində saxlamağa əsaslanırdı. Tan isə diqqəti dizayn sahəsinə yönəltməyi planlaşdırır – bu, "Intel"in tarixi olaraq güclü olduğu sahədir.
Paşa Məmmədli