AZ

Oğuzda qanunsuz ağackəsməyə görə iki nəfər məsuliyyətə cəlb olunub

Oğuzun Xal-Xal kəndində meşə təsərrüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.

Bu barədəDaxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Seçilən
0
5
aznews.az

10Mənbələr