UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Çelye” klubu ilə qarşılaşacaq "Sabah"ın oyununa bilet satışı davam edir.
Offsideplus.az xəbər verir ki, iyulun 10-da "Bank Respublika Arena"da keçiriləcək matça artıq 3000 bilet satılıb.
Biletləri iticket.az saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkündür.
Oyun saat 20:00-da başlanacaq.