AZ

"Spartak" Türkiyə millisinin üzvünü transfer etmək istəyir

Moskva "Spartak"ı "Benfika"nın və Türkiyə millisinin yarımmüdafiəçisi Orkun Kökçü ilə maraqlanır .

Operativ Media xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, "Benfika" 24 yaşlı türkün transferi üçün 20 milyon avro almaq istəyir.

Kökçü 2023-cü ilin yayından "Benfika"da çıxış edir. O, Lissabon klubunda 98 oyun keçirib, 19 qol vurub, 22 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 30 milyon avro qiymətləndirir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
0
32
operativmedia.az

10Mənbələr