AZ

Martin Vitik 11 milyon avroya “Bolonya”da!

Çexiyanın “Sparta” (Praqa) klubunun müdafiəçisi Martin Vitik bundan sonra karyerasını “Bolonya”da davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Çexiya millisinin də üzvü olan 22 yaşlı futbolçu yeni klubu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Bolonya” bu transfer üçün qarşı tərəfə 11 milyon avro ödəyib.

Martin Vitik “Sparta”nın yetirməsidir. Çex futbolçu Praqa komandasının heyətində meydana çıxdığı 155 matçda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Çexiyanın U-15, U-16, U-17 və U-21 yığmalarında da oynamış Vitik 2023-cü ilin noyabrında əsas millidə debüt edib. O, Çexiya yığmasının heyətində 5 matçda forma geyinib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
26
27
arena.az

10Mənbələr