
Gəncə şəhərinin qaz təchizatı iki gün ərzində məhdudlaşdırılacaq.
Gender.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
tBildirilib ki, Gəncə şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz tənzimləyici və bağlayıcı qurğular quraşdırılmaqla yüksək təzyiqli kollektorun yenidən qurulması ilə bağlı 08.07.2025-ci il tarixindən saat 09:00-dan etibarən (iki gün müddətində) 09.07.2025-ci il tarixində işlər başa çatanadək "Gəncə 1 və 2" ölçü qovşağından və "Bağmanlar" orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Gəncə şəhərinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra isə bərpası planlaşdırılır.