AZ

Saşa İliç Sumqayıt ı bu gün məşqə çıxaracaq, sabah isə... AÇIQLAMA

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Sumqayıt"a baş məşqçi təyin edilən Saşa İliç bu gün "kimyaçılar"ı ilk məşqə çıxaracaq.

Bunu Fanat.Az-a açıqlamasında eyniadlı şəhərin təmsilçisinin sözçüsü Zaur Xudiyev deyib:

"Hazırda heyətdə gənclərlə birlikdə 12-13 futbolçu var. İliç 18:00-da komandanı ilk məşqinə çıxaracaq. Yaxın bir-iki gündə isə komandanın hazırlıq planları açıqlanacaq. Onu da qeyd edim ki, sabah İliç üçün mətbuat konfransı təşkil ediləcək, jurnalistlərə serbiyalı mütəxəssislə ünsiyyət qurmaq imkanı yaradılacaq".

Xatırladaq ki, "Sumqayıt" ötən mövsüm Premyer Liqada 33 xal toplayaraq 8-ci yeri tutub. Saşa İliçin təyinatı bu gün açıqlanıb.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
34
fanat.az

10Mənbələr