“Ukrayna hakimiyyəti ölkənin ərazi bütövlüyünə iddia irəli sürə bilməz”.
Missiya.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov xatırladıb ki, 1970-ci ildə BMT Baş Assambleyası Beynəlxalq Hüquq Prinsipləri haqqında Bəyannaməni qəbul edib:
“Orada deyilir ki, ərazi bütövlüyü prinsipi hökumətləri xalqların bərabər hüquqlu və öz müqəddəratını təyinetmə prinsipinə riayət edən dövlətlərə şamil edilir”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti respublikanın rusdilli rayonlarının sakinlərinin öz müqəddəratını təyinetmə hüququnu nəzərə almadığından, onlar ərazi bütövlüyü prinsipinin tətbiqinə ümid edə bilməzlər.
Daşqın HəsənovMissiya.Az