AZ

"Sumqayıtın adına layiq komanda formalaşdırmağa çalışacağam"

"Sumqayıt" klubunun yeni baş məşqçisi Saşa İliç komandanın uğurlu çıxış etməsi və şəhərin adına layiq performans sərgiləməsi üçün əlindən gələni edəcəyini bildirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə serbiyalı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında danışıb:

"Komandanın Sumqayıt şəhərinin adına layiq olması üçün əlimdən gələni edəcəyəm. Qarşıda bizi çətin, lakin maraqlı bir mövsüm gözləyir. Məqsədimiz uğurlu nəticələr qazanmaq və azarkeşlərə layiqli futbol təqdim etməkdir", – deyə İliç vurğulayıb.

Qeyd edək ki, Saşa İliç bu yay "Sumqayıt"a baş məşqçi təyin edilib və komandanı yeni mövsümə o hazırlayacaq.

Qeyd edək ki, UEFA PRO kateqoriyasına sahib 47 yaşlı serbiyalı mütəxəssis və onun köməkçiləri ilə 1 illik müqavilə imzalanıb. Saşa İliç son olaraq Rusiyada "Pari NN" komandasında işləyib.

Seçilən
0
27
90deqiqe.az

10Mənbələr