AZ

Bu ilin ilk yarısında dərman zəhərlənmələrindən 7 nəfər ölüb



Bu ilin ilk altı ayı ərzində dərmandan zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə 275 nəfər qəbul edilib.

Newscenter.az-ın məlumatına görə, bu barədə "Report"un sorğusuna cavab olaraq KTM-dən bildirilib.

Məlumata əsasən, həkimlərin səylərinə baxmayaraq onlardan 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Zəhərlənən şəxslərin hər birinə isə zəruri tibbi yardım göstərilib.
Seçilən
5
9
newscenter.az

10Mənbələr