Vətəninfo.az xəbər verir ki, bu dəfə ifaçı, məşhur “Yuxu” qrupunun sevilən “Xəzərin sahilində” mahnısından ilhamlanaraq ərsəyə gəlmiş “Sumqayıt uşağı” adlı trekini dinləyicilərə təqdim edib.
Duet təklifi qrupun eks-solisti Cəsur Nemətov tərəfindən irəli sürülüb. PRoMete bildirib ki, Nemətov ona bu layihə ilə bağlı müraciət edib və mahnının sözləri ilə nəqarətini dinlədikdən sonra yaradıcı proses başlayıb:
“Çünki bu hamımızın tanıdığı mahnının sözlərindən idi. Hiss etdim ki, bir sumqayıtlının hekayəsini yazmaq istəyirəm. Bu hekayəni yaza-yaza, siz özünüz də dinləyəndə hiss edəcəksiniz ki, bir hekayədən ikinci hekayəyə keçid var”.
Onun sözlərinə görə, trekin ilk hissəsində 90-cı illərə kimi Sumqayıtda yaşamış və milliyyəti bəlli olmayan, lakin özünü sumqayıtlı hesab edən bir obrazın hekayəsi yer alıb. İkinci hissədə isə PRoMete öz həyat hekayəsini danışır. O qeyd edib ki, ailəsi ilə birlikdə 90-cı illərdə Sumqayıta köçüb və 2005-ci ilə – universitet dövrünə qədər orada yaşayıb:
“Çalışdığım qədər hər şeyi 16 sətrə köçürdüm”, – deyə sənətçi əlavə edib.
Qeyd edək ki, mahnının musiqisi Cəsur Nemətova, sözləri isə Məhərrəm Eminov və PRoMeteyə məxsusdur. “Sumqayıt uşağı” treki artıq ifaçının rəsmi “YouTube”kanalında və bütün musiqi platformalarında yayımlanır.