AZ

“Apple” qatlanan planşet üzərində işləri dayandırıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 iyul, AZƏRTAC

“Apple” özünün ilk qatlanan planşetlərinin hazırlanması üzrə işləri dayandırıb.

AZƏRTAC xəbər verir ki, “Digitimes” nəşrinin məlumatına görə, “Apple” kompaniyasının hesabatında ilk qatlanan “iPad” planşetinin hazırlanması üzrə aktiv mərhələnin təxirə salındığı qeyd olunub. Mütəxəssislər bunu istehsaldakı çətinliklər, komponentlərin yüksək qiyməti və qurğuya tələbatın qeyri-müəyyənliyi ilə əlaqələndirirlər. Bununla belə, şirkətin qatlanan planşetlər üzərində işlərə daha sonra qayıda biləcəyi vurğulanır.

Eyni zamanda, “Apple” qatlanan smartfonların hazırlanmasını başa çatdırmaqda qərarlıdır. Yaxın aylarda şirkət elastik ekrana malik “iPhone” smartfonunun ilkin versiyasını təqdim etməlidir. İşlərin plana uyğun gedəcəyi təqdirdə, korporasiya həmin cihazı 2026-cı ilin payızında, “iPhone 18” seriyalı smartfonla birlikdə təqdim edəcək. Lakin qatlanan cihazın bazara nə vaxt çıxacağı məlum deyil.

Qeyd edək ki, iyulun əvvəlində “Samsung” üç dəfə qatlanan ilk smartfonunun dizaynını nümayiş etdirib. İki ekranlı “Galaxy G Fold” cihazının iyulun 9-da “Galaxy Unpacked” tədbirində elan ediləcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
14
azertag.az

10Mənbələr