Bakı. Trend:
7–17 iyul tarixlərində learn.algoritmika.az platformasında“Rəqəmsal Bacarıqlar təmayüllü” 10-cu siniflərə qəbul imtahanınınikinci mərhələsi keçiriləcək.
Trendxəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak etmək istəyən şagirdlərlearn.algoritmika.az platformasına kompüter vasitəsilə daxil olaraq“Qəbul imtahanı” bölməsinə keçid edərək “İmtahana başla” düyməsiniklikləməli və 90 dəqiqə ərzində imtahanı tamamlamadırlar.
Qeyd edək ki, imtahan may ayında təşkil olunmuş birincimərhələdə uğur qazanmayan və ya bu dəfə yeni qeydiyyatdan keçmişşagirdlər üçün nəzərdə tutulub.