Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xaçmaz, 7 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 7-də Qudyalçayın Xaçmaz rayonu ərazisindən keçən hissəsində növbəti təmizlik aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də könüllülər iştirak ediblər.
Əraziyə işçi qüvvəsi ilə yanaşı, xeyli sayda xüsusi texnikalar da cəlb olunub. Gün ərzində çayın ətrafı məişət və digər tullantılardan təmizlənib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.