Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Gənclər və idman naziri Fərid Qayıbov Dünya Şaquli Qaçış Assosiasiyasının prezidenti Daniel Cecetka ilə görüşüb. SİA GİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı şaquli qaçış idman proqramının ölkəmizdə inkişafı, bu sahədə görülən işlər və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin gənclərin bu idman növünə cəlb olunması istiqamətində birgə tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Bu gün baş tutan görüşdə “Triterra” Triatlon Klubunun təsisçisi Rüfət Həsənov da iştirak edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.