Bakı. Trend:
Ukraynada davam edən müharibə şəraitinə baxmayaraq Azərbaycandiasporu ölkənin müxtəlif bölgələrində, xüsusilə də Odessaşəhərində mədəni irsimizin tanıdılması istiqamətində aktivfəaliyyət göstərməkdədir.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəs məlumatyayıb.
Bildirilib ki, Qara dəniz sahilində yerləşən və Ukraynanınturistik mərkəzlərindən biri sayılan Odessada həyata keçirilənlayihələr Azərbaycan-Ukrayna münasibətlərinə mühüm töhfələrverir.
Hazırda Odessada salınması planlaşdırılan “Azərbaycan” parkı butəşəbbüslər sırasında xüsusi yer tutur. Odessa meri QennadiTruxanovun razılığı ilə icrasına başlanılan bu layihəyə diaspornümayəndələri də maliyyə dəstəyi göstərirlər. Sahəsi 3 hektardanartıq olacaq parkda Azərbaycanın tarixini və mədəniyyətini əksetdirən guşələr, uşaqlar və böyüklər üçün istirahət zonaları, idmansahələri, tanıtım muzeyi və “Azərbaycan” fotozonasının yaradılmasınəzərdə tutulur. Şəhər ictimaiyyəti bu layihəni yüksəkdəyərləndirir və parkın həm şəhər sakinləri, həm də turistlər üçünmaraqlı məkan olacağına inanır.
“Bu park Odessa sakinlərinə Azərbaycan Respublikası, onunuğurları, qəhrəmanları, bu illər ərzində Ukrayna ilə Azərbaycanarasında olan əlaqələr haqqında məlumat verəcək. Ümid edirəm ki,park şəhərimizin bəzəyinə çevriləcək”, - deyə Odessa Milli İqtisadiUniversitetinin professoru Mixail Zveryakov bildirib.
Bununla yanaşı, “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü ŞamilQuliyevin təşəbbüsü ilə Odessada Ukraynanın ən böyük məscidlərindənbirinin tikintisi həyata keçirilir. Ümumi sahəsi 2758 kvadratmetrolan kompleksdə kişi və qadınlar üçün ayrı ibadət zalları, mərasimotaqları, qonaq evi və digər funksional bölmələr nəzərdətutulub.
“Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Ayaz Əliyevaçıqlamasında tikinti işlərinin tamamlanma mərhələsində olduğunu vəməscidin təkcə azərbaycanlılar üçün deyil, ümumilikdə Odessadayaşayan müsəlmanlar üçün xidmət göstərəcəyini deyib.
Azərbaycanın Ukraynadakı Səfirliyinin dəstəyi ilə şəhərinmərkəzində yerləşən məsafə nişanları sırasında artıq Gəncəşəhərinin adı da yer alıb. Lövhədə Odessadan Azərbaycanın qədimşəhəri Gəncəyə olan 1410 kilometrlik məsafə qeyd olunub.
Məlumat üçün qeyd edək ki, Gəncə və Odessa 2019-cu ildə UkraynaPrezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri zamanıqardaşlaşmış şəhər olaraq elan edilib. Bu cür təşəbbüslər həmşəhərlərarası əlaqələrin güclənməsinə, həm də Azərbaycanmədəniyyətinin Ukraynada tanıdılmasına xidmət edir.