AZ

Kərkicahan sakini: İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin

Bakı Hərbi Məhkəməsində iyulun 7-də davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs - Kərkicahan qəsəbəsinin sakini Dərgah Haqverdiyev 1987-ci ildən etibarən Xankəndi şəhərində yaşayan erməniəsilli şəxslər tərəfindən azərbaycanlı əhaliyə qarşı milli ayrı-seçkilik zəminində təzyiqlər başlandığını bildirib.

O, Robert Koçaryanın (Ermənistanın keçmiş prezidenti – red.) bu proseslərdə fəal olduğunu vurğulayıb.

D.Haqverdiyev 1988-ci ilin fevral ayından sonra ermənilərin azərbaycanlıları aşkar şəkildə qovmağa başladığını, həmin ilin sentyabr ayında Xankəndi şəhərində yaşayan azərbaycanlıların fərdi yaşayış evlərinin yandırıldığını bildirib. Həmin vaxt Xankəndi şəhərinin mərkəzi meydanında ermənilər tərəfindən keçirilən mitinqdən sonra silahlı ermənilər Kərkicahan qəsəbəsinə hücum edib, bir neçə evi yandırıblar.

Zərərçəkmiş bildirib ki, 1991-ci ildən başlayaraq Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayda xidmət edən erməniəsilli hərbçilərin iştirakı ilə, həmin alayın silahlarından, texnikalarından istifadə etməklə qəsəbə atəşə tutulub. Dekabrın 28-də isə kəndə hücuma keçən ermənilər Kərkicahanı işğal edib. Həmin vaxt azərbaycanlılara məxsus bütün evlər yandırılıb.

“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər, deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır. Hücum edəndə isə qışqırıb deyirdilər ki, azərbaycanlılar rədd olub getməlidir, bura Ermənistan ərazisidir”, - deyə zərərçəkmiş şəxs bildirib.

Seçilən
21
48
aznews.az

10Mənbələr