AZ

Prokurordan gömrükçülərlə bağlı hökmə ETİRAZ

Yazını böyüt
Yazını kiçilt

Qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin sabiq vəzifəli şəxsləri barəsində çıxarılan hökümdən apellyasiya protesti verilib.

Hafta.az xəbər verir ki, ötən il iyulun 8-də DGK-nın əməkdaşları Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimovun tamah niyyəti ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Heydər Əliyev Beynəlxalq Hava Limanına təxminən 1,4 kq çəkidə, 190 min 400 manat dəyərində, 999,9 əyarlı, 5 ədəd qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmələri faktı üzrə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində yekunlaşdırılıb.

Məhkəmənin hökmü ilə onların hər biri 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib.

Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.

Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiq edib.

Seçilən
6
47
hafta.az

10Mənbələr