AZ

“Ermənistan heç bir güzəştə getməyib” - Hakim partiyanın nümayəndəsi

Ermənistan heç bir güzəştə getməyib və getməyəcək. Təqdim etdiyiniz bəyanatı mümkün qədər ətraflı öyrəndikdən sonra qalan şərhlərimi təqdim edəcəm.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bunu jurnalistlərə müsahibəsində hakim “Mülki Müqavilə” partiyasının parlamentdəki fraksiyasının katibi Artur Ovannisyan jurnalistlərin “Türkiyə prezidentinin Ermənistanın əvvəlcə “Zəngəzur dəhlizinin” əleyhinə olmasına baxmayaraq, indi iqtisadi inteqrasiya məsələsində iştiraka daha çevik yanaşma nümayiş etdirməsi barədə bəyanatını necə qiymətləndirirsiz” sualına cavab verərkən deyib.

Ermənistanın ərazi bütövlüyü və suverenliyi prinsipindən geri addım atıb-atmayacağı ilə bağlı suala Ovannisyan belə cavab verib: “Biz dəfələrlə bəyan etmişik və inanıram ki, Ermənistan Respublikasının ərazi bütövlüyü və suverenliyindən, faktiki olaraq konstitusiya quruluşundan imtina etməyə bu cür çağırışlar edən hər bir şəxs bununla da, onun müvafiq hüquqi-cinayət nəticələrini çəkməlidir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
17
50
herbiand.az

10Mənbələr