“Sumqayıt” yeni baş məşqçisinin adını açıqlayıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Saşa İliç komandanın yeni baş məşqçisi təyin edilib. Serbiyalı məşqçi ilə bağlanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Saşa İliç son olaraq Rusiyada “Pari NN” komandasında işləyib. 2024-cü ilin mayında bu komandaya baş məşqçi təyin edilən İliç cəmi 5 ay sonra – 2024-cü ilin oktyabrında istefaya göndərilib.