AZ

Putinin bu naziri niyə qovduğu bəlli oldu: Sistem çöküb

Rusiya prezidenti Vladimir Putinin nəqliyyat naziri Roman Starovoytı istefaya göndərdiyi haqda məlumat vermişdik.

Publika.az xəbər verir ki, Kursk vilayətinin keçmiş qubernatorunun qovulmasının detalları bəlli olub.

Bildirilir ki, o, Rusiya hava limanlarının fəaliyyətinin kütləvi çökməsi fonunda qovulub. Novqorod vilayətinin keçmiş rəhbəri Andrey Nikitin nəqliyyat nazirinin səlahiyyətlərini icra edən şəxs təyin edilib. Putin onunla Starovotın işdən çıxarılması haqqında fərman dərc olunandan az sonra Kremldə görüşüb.

“Vedomosti” mənbələri bildiriblər ki, kadr dəyişiklikləri hələ iyun ayında keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) ərəfəsində baş verməli idi. İddialara görə, Nikitin bu səbəbdən 2025-ci ilin fevralında qubernator postunu tərk edib. Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

İyulun 5-i və 6-da Rusiya hava limanlarında pilotsuz uçuş aparatlarının (PUA) təhlükəsi elan edilməsinə görə kütləvi çökmə baş verib. Şeremetyevoda 241 reys təxirə salınıb, Pulkovoda 36 reys gecikib, 87-si ləğv edilib. Nijni Novqorodda 12 reys təxirə salınıb.

Seçilən
8
50
publika.az

10Mənbələr