AZ

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli olub

 

Bakı, 7 iyul, AZƏRTAC

“Sumqayıt” komandasının yeni baş məşqçisi məlum olub.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bu vəzifəyə serbiyalı mütəxəssis Saşa İliç gətirilib.

Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

Saşa İliç son olaraq Rusiyanın “Pari NN” komandasına rəhbərlik edib.

 

Seçilən
12
6
azertag.az

10Mənbələr