AZ

Qobustanda qayınata gəlinini öldürdü

İyulun 6-sı saat 18 radələrində Qobustan rayonunda qətl törədilib.

 

Modern.az xəbər verir ki, rayonun Təklə kəndindəki evdə 2001-ci il təvəllüdlü Günel Rasim qızı Ağabəyli bıçaqlanaraq öldürülüb. Onun qayınanası - 1959-cu il təvəllüdlü Sevil Ağayevanın isə baş və əl nahiyələrinə bıçaqla xəsarətlər yetirilib.

 

Hadisəni törətməkdə şübhəli bilinən G.Ağabəylinin qayınatası - 1957-ci il təvəllüdlü Orucağa Sətdar oğlu Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Xəstəxanaya yerləşdirilmiş S.Ağayevanın vəziyyəti qənaətbəxşdir.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
13
50
senzor.az

10Mənbələr