AZ

Azərbaycan vətəndaşlarının Gürcüstan banklarındakı əmanətləri azaldı

TBİLİSİ, 7 iyul. TELEQRAF

Azərbaycan vətəndaşlarının Gürcüstan banklarında saxladıqları depozitlərin ümumi məbləği 282,7 milyon lari (176,9 milyon AZN) təşkil edir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.

Bu ilin may ayına olan məlumata əsasən, əmanətlərin həcmi aprel ayı ilə müqayisədə 24% azalıb.

Qoşu ölkənin kommersiya banklarında xarici ölkə vətəndaşlarının saxladıqları depozitlərin ümumi həcmi 9,3 milyard lariyə bərabərdir. İllik müqayisədə göstəricidə 13,5% və yaxud 1,1 milyard lari artım qeydə alınıb.

Əcnəbilər arasında Rusiya vətəndaşları hələ də Gürcüstan banklarında ən böyük məbləğdə əmanətə malikdirlər ki, bu da xarici rezidentlərin əmanətlərinin 37%-ni və yaxud 3,4 milyard lari təşkil edir. İkinci yerdə 1,03 milyard lari ilə İsrail, üçüncü yerdə isə 565,3 milyon lari ilə Ukrayna vətəndaşları qərarlaşıb.

Seçilən
11
6
teleqraf.com

10Mənbələr