AZ

Netanyahudan atəşkəslə bağlı açıqlama

Netanyahudan

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, “Sülh dairəsini təsəvvür edə biləcəyimizdən çox daha genişləndirmək fürsətimiz var.”

Xalqcebhesi.az xəbər verir ki, Netanyahu bu açıqlamanı ABŞ-a səfəri öncəsi Tel-Əvivdəki Ben Qurion Hava Limanında jurnalistlərə verib. O, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşün Qəzzada atəşkəs danışıqları baxımından irəliləyişə səbəb olacağını qeyd edib.

Baş nazir əlavə edib ki, hazırda Qəzzada 20-si sağ, 30-u ölü olmaqla 50 israilli əsir var və onların hamısını geri qaytarmaq üçün çalışırlar.

Məryəm Quliyeva

Seçilən
14
50
xalqcebhesi.az

10Mənbələr