Futbol üzrə Meksika millisi KONKAKAF-ın Qızıl Kubokunun final oyununda Amerika Birləşmiş Ştatları (ABŞ) yığmasına qalib gəlib.
Arena.az xəbər verir ki, həlledici görüş Amerikadakı Texas ştatının Hyuston şəhərində keçirilib.
Meksika millisi bu oyunda meydan sahiblərini 2:1 hesabı ilə məğlub edərək titula yiyələnib. Meksikalıların heyətində qolları Raul Ximenes (27) və Edson Alvares (78) vurublar. Amerikalıların yeganə qolunun müəllifi isə Kris Riçards (4) olub.
Bununla da Meksika yığma komandası ardıcıl 2-ci, bütövlükdə isə 10-cu dəfə sözügedən kuboku qazanıb. Hazırda Meksika KONKAKAF-ın Qızıl Kubokunda qazanılan titul sayında rekordçudur. ABŞ millisi 7, Kanada yığması 1 dəfə oxşar sevinci yaşayıb.