AZ

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir (FOTO)

Bakı. Trend:

Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən “GürcüstanAzərbaycanlılarının İnteqrasiya Mərkəzi”ndə (GAİM) dərs ilininyekun tədbiri təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, Mərkəzin icraçı direktoru Murad Muradov ötən dərs ilindəmərkəzdə 1000-dən çox uşaq və yeniyetmənin təhsil aldığınıbildirib.

Gənclərin il ərzində təhsil, idman və fərdi inkişaf sahəsindəqazandıqları uğurlardan bəhs edib. Həmçinin GAİM-in yeniveb-səhifəsi “gaim.ge” təqdim olunub.

Tədbir rəngarəng və yaddaqalan anlarla davam edib.

Gənc istedad Rəsul Xəlilov özü yazdığı rep deyib. Ardıncagüləşçilər məharətlərini sərgiləyiblər. Mərkəzin gimnastı və“Enquri” ansamblının rəqqasəsi Alisa Krivoşeyeva “Jeirani” rəqsiilə səhnəyə gözəllik qatıb, cüdoçular isə çıxışları ilə çeviklik vəistedadlarını göstəriblər. Gənclərin çıxışları böyük maraq vəalqışlarla qarşılanıb. Sonda məktəbəqədər hazırlıq kursunun 18nəfər balaca məzununa diplomlar və hədiyyələr təqdim edilib.

Bundan əlavə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi iləMarneuli rayonunun Sadaxlı kəndində yeni fəaliyyətə başlayan Təhsilvə İnteqrasiya Mərkəzində isə şagirdlərin bilik və bacarıqlarınınqiymətləndirilməsi günü keçirilib.

Mərkəzdə təhsil alan 89 nəfər şagirddən 63-ü sertifikat, 4-üdiplom və medal, eyni zamanda pul mükafatına layiq görülüb.

Tədbirdə çıxış edən Mərkəzin rəhbəri Samir Şərifov şagirdlərindüzgün qiymətləndirilməsinin tədris prosesinin əsas tərkib hissəsiolduğunu bildirib. Bu cür monitorinqlərin həm şagirdlər, həm dəmüəllimlər üçün təkmilləşmə və inkişaf imkanları yaratdığını,məqsədin isə zəif cəhətlərin müəyyənləşdirilərək onların aradanqaldırılması olduğunu deyib.

Tədbirdə Azərbaycan dili müəllimi Hümmət Əhmədov və gürcü dilimüəllimi Bilnur Ağacanova da şagirdləri təbrik edib, onlara gələcəktəhsillərində uğurlar arzulayıblar.

Valideynlər mərkəzin kollektivi və müəllim heyətinətəşəkkürlərini bildirərək belə təşəbbüslərin davamlı olmasınınvacibliyini vurğulayıblar.

Marneulidəki
Marneulidəki
Marneulidəki
Marneulidəki
Marneulidəki
Marneulidəki
Marneulidəki
Marneulidəki
Marneulidəki
Marneulidəki
Marneulidəki
Marneulidəki
Marneulidəki
Marneulidəki
Marneulidəki
Seçilən
26
3
az.trend.az

10Mənbələr