AZ

İraqda 12 türk hərbçisi şəhid olub YENİLƏNİB

12:15

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha üç hərbçisi şəhid olub.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 6 iyul 2025-ci il tarixində ”Pençe-Kilit” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin istifadə etdiyi bir mağarada aparılan əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənən daha dörd hərbçidən üçü həyatını itirib.Şəhid olan hərbçilərin sayı 12-yə yüksəlib.

Qeyd edilib ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər yoxlamalar aparmaq və şəhidlərin vida mərasimlərində iştirak etmək üçün bölgəyə gedib.

***

08:50

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha üç hərbçisi şəhid olub.Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.Bununla da sözügedən əməliyyatda ölən hərbçilərin sayı 8-ə çatıb.***06.07.2025-ci il18:25İraqın şimalında bir mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun 19 hərbçisi metan qazından zəhərlənib, 5-i həyatını itirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 28 may 2022-ci ildə İraqın şimalında Pençe-Kilit Əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. Həmin vaxt intensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Bu gün – iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib.Helikopterlə xəstəxanaya yerləşdirilən 19 əsgərdən 5-i həyatını itirib.

Seçilən
5
2
anspress.com

10Mənbələr