2025-ci ildə Rusiya universitetlərində təhsilin qiyməti ötən illə müqayisədə 12% artıb.
Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2024-cü illə müqayisədə 2025-ci ildə təhsil haqlarının orta artımı 12%, o cümlədən Moskvada 15,7%, Sankt-Peterburqda 11,1%, digər regionlarda isə 11,3% təşkil edib.
Nazirlik onu da qeyd edib ki, 2025-ci ildə Rusiya universitetlərində bakalavr təhsili üzrə təhsil haqqının səviyyəsi region üzrə orta aylıq əmək haqqının orta hesabla 2,4 mislindən çox olmayacaq.