AZ

Qarabağda yeni tarix yazılır: "Bununla ölkənin diplomatik gücünü bir daha nümayiş etdirdik"

Azərbaycanın əzəli torpağı olan Xankəndi şəhəri növbəti dəfə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edərək, ölkənin siyasi və diplomatik gücünü bir daha nümayiş etdirdi. İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan güclü dövlətlərin liderləri Qarabağın mərkəzində bir araya gələrək qlobal məsələləri müzakirə etdilər, mühüm mesajlar verdilər.

Bu barədə Sitat.info-ya  danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Xankəndidə keçirilən tədbir Azərbaycanın regionda liderliyinin təsdiqi olmaqla yanaşı, əcdadlarımızın arzularının da həyata keçdiyini göstərdi: "Bu, Azərbaycanın növbəti böyük uğurudur. Bu gün dünyadan nisgillə köçən əcdadlarımızın da ruhu şaddır. Azərbaycan tam müstəqil və bütövdür. Bütün bu misilsiz uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə əldə olunub. Bu gün Qarabağ və Şərqi Zəngəzurun hər bölgəsində davam edən bərpa və inkişaf prosesi ölkənin güclü iradəsini və prinsipial mövqeyini əks etdirir". 

Ceyhun Məmmədov, həmçinin, bir neçə gün öncə İƏT həftəsi çərçivəsində keçirilən konfransda iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, tədbir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və qadın hüquqlarının müdafiəsi sahəsindəki təcrübənin paylaşılması baxımından önəmli olub:

“Konfransda Azərbaycanın mövqeyi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Laçında həyata keçirilən layihələrlə də tanış olduq. Bu gün Laçın bölgənin ən abad və gözəl məkanlarından birinə çevrilməkdədir. Yeni hava limanı, istehsal sahələri və yaşayış kompleksləri bu inkişafın bariz nümunəsidir. Qarabağ və Şərqi Zəngəzur hazırda mühüm beynəlxalq tədbirlərin keçirildiyi, firavan və abad ərazilərə çevrilib. Xarici qonaqların səfərləri zamanı verdikləri müsbət fikirlər bu reallığın təsdiqidir".

Nigar Əkbərova,

Sitat.info

Seçilən
16
50
sitat.info

10Mənbələr