“Prezidentliyə namizədin dəstəklənməsi istisna olunmur, lakin qarşıdakı 12 ay ərzində diqqət Nümayəndələr Palatasında və Senatda keçiriləcək seçkilərə yönəldiləcək”,- İlon Mask yazıb.
Xatırladaq ki, amerikalı sahibkar iyulun 5-də “Amerika Partiyası (The America Party)” adlı partiya yaratdığını elan edib. Maskın sözlərinə görə, onun partiyası ölkənin iflası, israfçılıq və rüşvətxorluqla mübarizə aparacaq. O, yaratdığı partiyanın “amerikalılara azadlığı qaytaracağını” iddia edib.
- Mənim partiyamın əsas məqsədi Konqresə daxil olmaq və orada bir neçə yer tutmaqla “xalqın iradəsini” təmin etmək olacaq. Partiya həm də mübahisəli qanunvericiliyə dair həlledici səsləri təmin etməlidir”,- amerikalı milyarder deyib.
![]() |
İlon Masksiyasi partiyayaratdı |
“Hətta ABŞ-də heç vaxt uğur qazana bilməmələrinə baxmayaraq – görünür sistem onlar üçün nəzərdə tutulmayıb, Mask üçüncü siyasi partiya yaratmaq istəyir ”- Amerika lideri vurğulayıb.
Yayın əvvəlində Trampın prezident kampaniyasının vədlərini həyata keçirən Böyük Gözəl Qanuna (Big Beautiful Bill - BBB) görə Maskla ABŞ prezidenti arasında ixtilaf yaşanıb. Milyarder qanun layihəsinin ABŞ-yə“böyük strateji zərər”verəcəyini proqnozlaşdırıb. O, sənədin qəbul olunduğu gündən bir gün sonra “Amerika Partiyası” yaratmaqla hədələyib. İyulun 5-nə keçən gecə isə Tramp sözügedən qanun layihəsini imzalayıb.
Sahil İsgəndərov
AzVision.az