AZ

ABŞ BRİKS-i dəstəkləyən ölkələrə 10% rüsum tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp BRİKS siyasətlərini dəstəkləyən ölkələrə əlavə 10% ticarət tariflərinin tətbiq ediləcəyini bildirib. Bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.

"BRİKS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkəyə əlavə 10%-lik rüsumlar tətbiq olunacaq. Heç bir istisna olmayacaq", - ABŞ prezidenti yazıb.Bu barədə Oxuməni.az “Kommersant.ru”ya istinadla xəbər verir.

Hazırda BRİKS-ə 10 ölkə daxildir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, BƏƏ, İran, Efiopiya, Misir və İndoneziya.

Braziliyanın sədrliyi ilə iyulun 6-7-də Rio-de-Janeyroda BRİKS sammiti keçirilir. Nəticədə bəyannamə qəbul edilib. İştirakçı dövlətlər Ukrayna, İran-İsrail və Fələstin-İsrail münaqişələri ilə bağlı bəyanatlar verib, beynəlxalq institutlarda islahatların aparılmasına çağırıb və kosmik silahlanma yarışına qarşı çıxış ediblər.

Almaz Həsənli

Seçilən
0
6
oxumeni.az

10Mənbələr