AZ

Politico: Ukraynaya yardım koalisiyası aydın strategiya olmadan irəliləyir

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

Böyük Britaniya, Ukraynaya yardım üzrə koalisiyanın formalaşdırılması məqsədilə liderləri bir araya gətirir.

Xalqcebhesi.az xəbər verir ki, Amerikanın Politico nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, Britaniya-Fransa təşəbbüsü ilə yaradılan Ukraynaya yardım koalisiyası hələlik aydın və konkret strategiyaya malik deyil.

Fransız rəsmilərinin bildirdiyinə görə, əsas problemlərdən biri, Böyük Britaniyanın güclü şəkildə ümid etdiyi ABŞ-ın təhlükəsizlik zəmanətlərinin olmamasıdır.

Şübhələri aradan qaldırmaq məqsədilə Britaniya, Fransa Prezidenti Emmanuel Makronun ölkəyə səfəri zamanı Almaniya kansleri Fridrix Merz, İtaliya Baş naziri Corciya Meloni və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirak etdiyi koalisiya görüşünü təşkil edib.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
39
icma.az

10Mənbələr