AZ

“Bank Respublika”nın dəstəyi ilə “Qəhrəman Övladları” Yaylaq Düşərgəs təşkil olundu (FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı və sosialməsuliyyətli banklarından biri olan “Bank Respublika”nındəstəyi, “Cavad Xan” Tarix və Mədəniyyət Fondununtəşkilatçılığı ilə 30 iyun – 5 iyul 2025-ci il tarixlərində Göygölrayonunun təbiət qoynunda yerləşən “Xan Yurdu” etnoqəsəbəsindəşəhid övladları üçün“Qəhrəman Övladları” adlı yaylaq düşərgəsikeçirildi.

Düşərgənin keçirilməsində əsas məqsəd – Vətən uğrunda canındankeçmiş qəhrəmanlarımızın övladlarına mənəvi dayaq olmaq, onlarınyay tətilini dolğun və mənalı keçirmələrinə dəstək göstərməkidi.

Düşərgədə ölkənin müxtəlif bölgələrindən olan Xüsusi TəyinatlıQüvvələr mənsubu olan şəhidlərin 70 övladı və ailə üzvləri iştirakedib. Onlar üçün qədim türk mədəniyyətini əks etdirən alaçıqlardayerləşmə, gündəlik qidalanma və nəqliyyattəminatı, eyni zamanda təbiət qoynundaekskursiyalar, maarifləndirici təlimlər, ustad dərsləri, əyləncəlioyunlar və yaradıcılıq proqramları təşkil olunub.

Düşərgə boyu uşaqlar həm bir-birilə ünsiyyət qurub yenidostluqlar qazanıb, həm də milli-mədəni irsimiz, qəhrəmanlıq ruhuvə azərbaycançılıq dəyərləri ilə daha yaxından tanış oldular.

Bank Respublika illərdir həyata keçirdiyi sosial layihələrləşəhid ailələrinin, qazilərin və onların övladlarının həyatınamənalı töhfələr verməyə, onların rifahına dəstək olmağa çalışır.“Qəhrəman Övladları” düşərgəsi isə bu istiqamətdə atılmış növbətidəyərli addım kimi xüsusi əhəmiyyət daşıyır.

“Bank
“Bank
“Bank
“Bank
“Bank
“Bank
Seçilən
9
36
az.trend.az

10Mənbələr